paralimpiya
paralimpiyaçı
OBASTAN VİKİ
Paralimpiya Oyunları
Dünyada Paralimpiya Hərəkatının tarixi Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qoutmanın təşəbbüsü ilə 1948-ci ildə Londonda, Olimpiya Oyunlarınının açılış mərasimi zamanı ilk dəfə kolyaskalı əlillər arasında Böyük Britaniyanın 1-ci milli yarışlarının keçirilməsi ilə hesablanır. 1960-cı ildə Romada keçirilən 1-ci Paralimpiya Oyunlarında 23 ölkənin 400 idmançısı iştirak etmişdir. 1988-ci il Seul Yay Oyunlarından və 1992-ci il Albervil Qış Oyunlarından başlayaraq Paralimpiya Oyunları, Olimpiya Oyunları ilə eyni yerdə və eyni ildə keçirilməyə başlamışdır. 2000-ci il XII Sidney 11-ci Yay Paralimpiya Oyunlarında 127 ölkədən 4000 idmançı altı əlillik qrupunda, 18 idman növündə təmsil olunmuşdu. Bu Beynəlxalq Paralimpiya Hərəkatı tarixində rekord göstərici idi.
Qış Paralimpiya Oyunları
Qış Paralimpiya Oyunları — fiziki maneəli idmançıların rəqabət apardığı beynəlxalq idman hadisəsi.
Yay Paralimpiya Oyunları
Yay Paralimpiya Oyunları — fiziki maneəli idmançıların rəqabət apardığı beynəlxalq idman hadisəsi.
1960 Yay Paralimpiya Oyunları
1960 Yay Paralampiya Oyunları və ya I Yay Paralimpiya Ouynları ― 1960-cı ilin 18 sentyabrından 25 sentyabrına qədər davam edən İtaliyanın paytaxtı Roma şəhərində baş tutmuş Yay Paralimpiya Oyunları. Rəsmi şəkildə keçirilmiş ilk Yay Paralimpya Oyunları turniridir. Yarışlar Stadio Olimpicoda keçirilmişdir. == İdman növləri == 1960 Yay Paralampiya Oyunlarında 9 idman növü üzrə yarışlar təşkil olunmuşdur: Oxatma Atletika Dartatma Snuker Üzgüçülük Masaüstü tennis Təkərli arabada qılıncoynatma Təkərli araba basketbolu Təkərli araba gimnastikası == Medal sıralanması (İlk 10-luq) == Ev sahibi ölkənin adı tünd rəngli fonda göstərilmişdir.
1996 Yay Paralimpiya Oyunları
1996 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə X Yay Paralimpiya Oyunları — 1996-cı il avqustun 16-dan 25-nə qədər Birləşmiş Ştatların Atlatna şəhərində baş tutan Yay Paralimpiya Oyunları. Atlanta Paralimpiadasının medal sıralanmasında birinci yeri, 47 qızıl, 46 gümüş və 66 bürünc medal qazanan Birləşmiş Ştatlar yığması tutdu.
2000 Yay Paralimpiya Oyunları
2000 Yay Paralimpiya Oyunları 2000-ci il oktyabrın 18-dən 29-dək keçirilib. 18 idmanda yarışaraq, 561 mükafat seti oynanıb. Talisman - kərtənkələdir. Bunlar cənub yarımkürəsində ilk Paralimpiya oyunları idi. == İştirakçı ölkələr == Müsabiqələrə 122 ölkədən 3879 idmançı (2889 kişi, 990 qadın) gəldi.
2002 Qış Paralimpiya Oyunları
Qış paralimpiya oyunları 2002 (ing. 2002 Winter Paralympics) — 7-16 mart tarixlərində ABŞ-nin Solt Leyk Siti şəhərində keçirilmişdir. 36 ölkədən 416 atlet iştirak etmişdir. == Medallar == == İştirakçılar == Hər bir ölkədən gələn idmançıların sayı mörtərzədə verilib.
2012 Yay Paralimpiya Oyunları
2012-ci il Yay Paralimpiya Oyunları — Böyük Britaniyanın London şəhərində 29 avqust — 9 sentyabr 2012-ci il tarixində keçirilib. == İştirakçı ölkələr == 2012-ci il Yay Paralimpiya Oyunlarında 166 ölkədən idmançılar iştirak edir.
2016 Yay Paralimpiya Oyunları
2016 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə XV Yay Paralimpiya Oyunları — 2016-cı il sentyabrın 7-dən 18-nə qədər Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan Yay Paralimpiya Oyunları. Rio-de-Janeyro Paralimpiadasının medal sıralanmasında birinci yeri, 107 qızıl, 81 gümüş və 51 bürünc medal qazanan Çin yığması tutdu.
2020 Yay Paralimpiya Oyunları
2020 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə XVI Yay Paralimpiya Oyunları — 2020-ci il avqustun 25-dən sentyabrın 6-na qədər Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutacaq Yay Paralimpiya Oyunları.
2024 Yay Paralimpiya Oyunları
2024 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə XVII Yay Paralimpiya Oyunları — 2024-cü il avqustun 28-dən sentyabrın 8-nə qədər Fransanın paytaxtı Paris şəhərində baş tutan Yay Paralimpiya Oyunları.
2028 Yay Paralimpiya Oyunları
2028 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə XVIII Yay Paralimpiya Oyunları — 2028-ci ildə Birləşmiş Ştatların Los-Anceles şəhərində baş tutacaq Yay Paralimpiya Oyunları.
Qış paralimpiya oyunları 2002
Qış paralimpiya oyunları 2002 (ing. 2002 Winter Paralympics) — 7-16 mart tarixlərində ABŞ-nin Solt Leyk Siti şəhərində keçirilmişdir. 36 ölkədən 416 atlet iştirak etmişdir. Hər bir ölkədən gələn idmançıların sayı mörtərzədə verilib.
Uşaq Paralimpiya İdman Oyunları 2015
1964 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 1964-cü il Tokio Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
1968 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 1968-cı il Tel-Əviv Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
2020 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 2020-cı il Tokio Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medalların sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
Azərbaycan Paralimpiya Oyunlarında
== Tarixi == === 1996—2000-ci illər: Paralimpiadada debüt === === 2004—2008-ci illər: Paralimpiadada birinci uğurlar === === 2012—2016-cı illər: Paralimpiadada tərəqqi dövrü === === 2020-2022-ci illər: Paralimpiadada tarixi nəticə === == Nəticələri == == İdmançılar üzrə göstəricilər == === Medalların əyarına görə idmançıların göstəriciləri === 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan Paralimpiya Oyunlarında qadın güllə atıcısı Yelena Taranova gümüş medala sahib oldu. Bu Azərbaycanın Paralimpiadalarda qazandığı birinci medal oldu. 2004-cü il Afina Paralimpiadasında isə Azərbaycan idmançıları Paralimpiadalarda birinci qızıl medallara sahib oldu. Əvvəl yüngül atlet Oleq Panyutin, sonra isə cüdoçu İlham Zəkiyev turnirin qalibi oldu. Dörd il sonra baş tutan turnirdə də cüdoçu İlham Zəkiyev 2-ci dəfə Paralimpiya Oyunlarının qalibi oldu və bu uğura imza atan birinci idmançı oldu. Amma onun bu uğurunu 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan Paralimpiada da yüngül atlet Oleq Panyutin yenilədi. Turnirdə bir qızıl və bir bürünc medala sahib olmaqla Oleq Panyutin, Paralimpiadalarda qazandığı medalların sayını dördə (2 qızıl və 2 bürünc) qaldırdı. 2016-cı il Rio-de-Janeyro Paralimpiadasında heç bir idmançı onun bu nailiyyətini yeniləyə bilmədi. 2021-ci ildə Yaponiyada baş tutan Paralimpiya Oyunlarında üzgüçü Roman Saleh üç qızıl medala sahib olmaqla həm Oleq Panyutinin nailiyyətini yenilədi, həm də üç dəfə Paralimpiadanın qalibi olmağı bacaran birinci idmançı oldu. 2021-ci il avqustun 31-dən üzgüçü Roman Saleh Paralimpiya Oyunlarında qazanılan medalların əyarına görə ən yaxşı idmançıdır.
Paralimpiya İdman Kompleksi
Paralimpiya İdman Kompleksi 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin XI Sidney Yay Paralimpiya Oyunlarında iştirak etmiş paralimpiyaçılarla görüşündə əlil idmançılar üçün xüsusi kompleksin tikintisi barədə qərar vermişdir. Kompleksin tikintisinə 2005-ci ildə Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin xətti ilə Sumqayıt şəhərində başlanıb və 2008-ci il avqustun 28-də idmançıların istifadəsinə verilib. Kompleksin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, təlim-məşq toplanışlarının təşkili üçün hər cür şərait yaradılıb. Kompleksin ümumi ərazisi 2,25 hektardır. Kompleksə müasir avadanlıqla təchiz olunmuş 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Burada əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb, müasir tipli liftlər quraşdırılıb. Kompleksin qapalı hovuzunun uzunluğu 25, eni 10 metrdir. Əsas idman salonu cüdo, güləş və əl oyunlarının keçirilməsi üçün nəzərdə tutulub və burada quraşdırılmış xüsusi havalandırma sistemi havanın daim təmiz və normada saxlanılmasına imkan verir. 32 metr uzunluğu, 24 metr eni olan salonda 210 tamaşaçı yarışları izləyə bilər.
Döyüş oyunları
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Frankofoniya Oyunları
Frankofoniya Oyunları — Beynəlxalq Frankofoniya Təşkilatının keçirdiyi idman yarışı. Yarışa yalnız fransızca danışan ölkələrin idmançıları qatılırlar. Onlar əsasən Fransanın keçmiş koloniyalarındandırlar. == Tarixi == Frankofoniya Oyunları 1989-cu ildən keçirilir.
Hera oyunları
Hera oyunları və ya Herayi (q.yun. Ηραία) — Hera ilahəsinin şərəfinə keçirilən qədim yunan bayramı və qızlar arasında qaçış yarışması. Olimpiya oyunlarından bir ay sonra, hər 4 ildən bir keçirilirdi.
Kompüter oyunları
Videooyun, həmçinin video oyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur. Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də notbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur.
Olimpiya Oyunları
Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.
Panerməni Oyunları
Pan-Erməni oyunları (ing. Pan-Armenian Games) - Ermənistan və Erməni diasporu tərəfindən 2 ildən bir keçirilən idman yarışları. Məqsəd dünyada yaşayan erməniləri idman yarışı vasitəsi bir araya toplamaqdır. Yarışlarda Qarabağda yaşayan ermənilər və diaspor erməniləri fəal iştirak edir.